Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Ali Məhkəməsinə yeni hakim təyin olunub.
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında ölkə başçısının təqdimatı əsasında İnqilab Nəsirovun Ali Məhkəmənin hakimi təyin olunması məsələsi müzakirə edilib.
Parlamentin qərarı ilə Nəsirov Ali Məhkəmənin hakimliyinə təsdiq olunub.
Nəsirov 2007-ci ildən Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin sədri kimi çalışıb.