Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda şirkətə məxsus külli miqdarda dəmir və mis oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Yeni-Yaşma kənd sakinləri Yavər Məmmədov və Xaliq Qədirov dekabrın 21-də "Kaspian Texnoloji" şirkətinə məxsus 20 ton dəmir və mis dolaqları oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.