...

Gürcüstanda 2,5 milyon dollarlıq cek-pot udulub

Cəmiyyət Materials 25 Dekabr 2010 12:38 (UTC +04:00)
Gürcüstanda 4,4 milyon lari (2,5 milyon dollar) məbləğində ilk cek-potu Abxaziyadan olan qaçqın udub.
Gürcüstanda 2,5 milyon dollarlıq cek-pot udulub

Gürcüstan, Tbilisi, 25 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda 4,4 milyon lari (2,5 milyon dollar) məbləğində ilk cek-potu Abxaziyadan olan qaçqın udub. Milli lotereyada rekord uduş məbləğinin sahibi Zamira Tordinava olub.

O, artıq milli lotereyanın keçirildiyi şirkətə gəlib. Tbilisinin ətrafında qaçqınların məskunlaşdıqları yataqxanalardan birində yaşayan Tordinavanın sözlərinə görə, o, hələlik pulları nəyə xərcləyəcəyini müəyyənləşdirməyib.

Onun sözlərinə görə, yalnız bir bilet alıb və xoşbəxt olub.

Xəbər lenti

Xəbər lenti