...

Bakıda məhkumların əl işlərinin satışı üçün mağaza açılması təklif olunub

Cəmiyyət Materials 28 Dekabr 2010 12:22 (UTC +04:00)
Bakıda məhkumların əl işlərinin satışı üçün mağaza açılmalıdır.
Bakıda məhkumların əl işlərinin satışı üçün mağaza açılması təklif olunub

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda məhkumların əl işlərinin satışı üçün mağaza açılmalıdır. Trend-in məlumatına görə, bu təklifi çərşənbə axşamı məhkumların şeirlərindən ibarət "Zaman ömürdür keçər" adlı kitabın təqdimat mərasimində çıxışı zamanı deputat Elmira Axundova səsləndirib.

"Bu cür mağazada mütəmadi olaraq, məhkumların əl işlərinin satışı təşkil olunmalıdır və buradan gələn gəlirlərin bir hissəsi əmək haqqı kimi məhkumlara verilməlidir. Gəlirin bir hissəsi isə məhkumların şəraitinin yaxşılaşdırılması üçün Penitensiar Xidmətin hesabına köçürülə bilər", - Axundova qeyd edib.

Deputat hesab edir ki, məhkumların işlə təmin olunması üçün xarici investorların cəlb edilməsi yolları axtarılmalıdır.

"Məhkumlar işləmək və əməklə məşğul olmaq istəyirlər", - Axundova deyib.

"Zaman ömürdür keçər" adlı kitabın təqdimat mərasimində məhkumların əl işləri də nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti