...

Azərbaycanda Beynəlxalq Könüllülər gününə həsr olunmuş aksiya keçirilib

Cəmiyyət Materials 6 Dekabr 2010 14:50 (UTC +04:00)
Azərbaycanda Beynəlxalq Könüllülər gününə həsr olunmuş aksiya keçirilib
Azərbaycanda Beynəlxalq Könüllülər gününə həsr olunmuş aksiya keçirilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, muxbir M.Əliyev/

Media İşçi Qrupu (AEGEE) dekabrın 4 və 5-i İqtisadi və Sosial inkişaf naminə Beynəlxalq Könüllülər gününə həsr olunmuş "Aktiv Vətəndaş-Təcrübəli və Kommunikativ İnsan" şüarı altında iki günlük aksiya keçirib. Tədbirin əsas məqsədi Azərbaycan gəncliyi arasında heç də populyar olmaya könüllü iş və ümumiyyətlə voluntarizm prinsiplərini təbliğ etməkdir. Aksiya çərçivəsində dəyirmi masa va gənclərlə iş təşkil olunmuşdur. Bakı şəhərinin gənc sakinlərinə könüllülüklə bağlı broşurlar paylanılmış AEGEE İnternship İşçi Qrupunda könüllü işlər təklif olunub. "Mən özüm də vaxtiyla Gulnar Şahbazovanın rəhbərlik etdiyi İnternship qrupunun üzvü olaraq Beynəlxalq Respublikaçılar İnstitutunda təcrübə keçməyə təklif almışam, digər qrup üzvləri müxtəlif biznes qurumları və QHT sektorunda könüllu kimi çalışıblar. Bu kimi işlərdə qazanılan təcrübə bazası sizə gələcək həyat və karyeranızda çox kömək edə bilər",- deyə Afaq Əhmədova yeni gəncləri fəal olmaqa çağırmışdı. Qeyd etmək lazımdır ki, əsas meyarları mədəni mübadilə, aktiv vətəndaşlıq,  güclü təhsil, sülh və sabitlik olan AEGEE təşkilatı könüllülük prinsipləri üzərində fəaliyyət göstərir. Növbəti gün keçirilən dəyirmi masa zamanı AEGEE təşkilatının Prezidenti Tamerlan Məmmədov Azərbaycanda gənclər arasında yeni düşüncəni təbliğ etməyin zamani olduğunu bildirdi. "Self-Made Men" adli təqdimatı ilə çıxış edən Prezident bugünkü cəmiyyətdə heç bir maneələrinin olmamasını qeyd etdi, azad demokratiya şəraitində hər şey bizim aktivliyimizdən asılıdır, söylədi. Aydan Qarayevanın tələbəlik vaxtında təcrübə keçdiyi təşkilatlarda əldə etdiyi bilik, təcrübə, şəxsi münasibətlər və dostlararın, gənclərin gələcək iş və həyatlarında oynaya biləcək rolundan söz achdı. Mövsüm Bağırlının könüllülərin iş yerində əmək fəaliyəti və cəmiyyətə interqrasiyası haqqında, Arzu Yariyeva isə könüllülüyün etik aspektləri və son vaxtlar tez-tez baş verən bədbəxt hadisələr zamanı könüllülərin rolundan mühazirələr dinlənildi.

Xəbər lenti

Xəbər lenti