...

Bakının "Neftçi" klubu türkiyəli məşqçi ilə anlaşıb

Cəmiyyət Materials 10 Yanvar 2011 12:09 (UTC +04:00)
Bakının "Neftçi" futbol klubu türkiyəli məşqçi ilə anlaşıb.
Bakının "Neftçi" klubu türkiyəli məşqçi ilə anlaşıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir T.Hacıyev/

Bakının "Neftçi" futbol klubu türkiyəli məşqçi ilə anlaşıb.

Trend-in məlumatına görə, əvvəllər ölkəmizdə fəaliyyət göstərən türkiyəli mütəxəssis Mehmet Ak karyerasını flaqmanda davam etdirəcək. O, komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.

Ak paytaxt təmsilçisini "Qalatasaray"a dəyişən italiyalı Covanni Melkiorreni əvəzləyəcək.

Türkiyəli mütəxəssis əvvəllər Ağdamın "Qarabağ" klubunda çalışıb. Onun işlədiyi son komanda isə Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən "Bursa Niluferspor" olub.

Xəbər lenti

Xəbər lenti