...

Azərbaycan və Rusiya narkotiklərin dövriyyəsinə nəzarət sahəsində əməkdaşlığa dair saziş imzalayacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Yanvar 2011 16:09 (UTC +04:00)
Azərbaycan və Rusiya narkotiklərin dövriyyəsinə nəzarət sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Sənədin imzalanması Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin direktoru Viktor İvanovun yanvarın 13-14-də Bakıya səfəri zamanı baş tutacaq. Bu barədə Xidmətin rəsmi saytındakı məlumatda deyilir.
Azərbaycan və Rusiya narkotiklərin dövriyyəsinə nəzarət sahəsində əməkdaşlığa dair saziş imzalayacaq (ƏLAVƏ OLUNUB)

Federal Xidmətin rəsmi saytındakı məlumatın təfərrüatları əlavə olunub

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan və Rusiya narkotiklərin dövriyyəsinə nəzarət sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Sənədin imzalanması Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin direktoru Viktor İvanovun yanvarın 13-14-də Bakıya səfəri zamanı baş tutacaq. Bu barədə Xidmətin rəsmi saytındakı məlumatda deyilir.

Səfərin məqəsdi Federal Xidmətlə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasıdır.

İvanovun Azərbaycanın dövlət strukturlarının rəhbərləri və din xadimləri ilə Rusiya-Azərbaycan narkotiklərə qarşı mübarizənin inkişafı üzrə əməkdaşlıq məsələlərinə dair danışıqlar aparması da planlaşdırılıb.

Səfər çərçivəsində İvanovun milli təhlükəsizlik naziri Eldar Mahmudov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov, Bakı və Xəzəryanı yepiskopu Aleksandrla görüşləri planlaşdırılıb.

"Tərəflər qlobal narkotik təhlükəyə qarşı mübarizə, narkomaniyanın profilaktikası və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə birgə tədbirlərin keçirilmə mexanizminin hazırlanmasını müzakirə edəcəklər", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti