...

Yanvarın sonlarında Bakıda fənn olimpiadasının sonuncu turunun nəticələri açıqlanacaq

Cəmiyyət Materials 13 Yanvar 2011 16:29 (UTC +04:00)
Bakıda yanvarın 9-da keçirilmiş fənn olimpiadasının üçüncü turunun nəticələrinin yanvarın 25-də açıqlanması nəzərdə tutulur. Bu barədə Trend-ə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Yanvarın sonlarında Bakıda fənn olimpiadasının sonuncu turunun nəticələri açıqlanacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Z.Əhmədova/

Bakıda yanvarın 9-da keçirilmiş fənn olimpiadasının üçüncü turunun nəticələrinin yanvarın 25-də açıqlanması nəzərdə tutulur. Bu barədə Trend-ə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Bilik yarışlarının birinci turu noyabrın 13-də keçirilib, orada 120 min şagird iştirak edib. Dekabrın 5-də keçirilən ikinci turda 10 minə yaxın şagird, üçüncü turda isə təqribən min uşaq iştirak edib", - İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, üçüncü turda IX-XI sinif şagirdləri yeddi fənn üzrə biliklərini sınayıblar.

O əlavə edib ki, fənn olimpiadasının respublika səviyyəsində sonuncu turunun 2011-ci ilin martında keçirilməsi planlaşdırılıb.

Olimpiadanın qalibləri məktəb buraxılış imtahanlarından azad ediləcəklər.

Xəbər lenti

Xəbər lenti