...

Bakıda polislərin bıçaqlanması və hadisə iştirakçılarından birinin ölüm faktı eyni cinayət işində araşdırılır - prokurorluq

Cəmiyyət Materials 17 Yanvar 2011 12:39 (UTC +04:00)
Bakının Nizami rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə (315.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda polislərin bıçaqlanması və hadisə iştirakçılarından birinin ölüm faktı eyni cinayət işində araşdırılır - prokurorluq

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Çevik Polis Alayının üç əməkdaşının bıçaqlanması və hadisə iştirakçılarından birinin ölüm faktı eyni cinayət işində araşdırılır.

Bakının Nizami rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə (315.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yanvarın 13-də saat 02:00 radələrində "Neon Palace" restoranının qarşısında baş verib.

Rəsmi məlumata görə, sərxoş vəziyyətdə olan Anar Qəniyev, Elvin Əsgərov, Məhəmməd və Əli adlı şəxslərin aralarında mübahisə yaranıb. Onları intizama dəvət etmək üçün polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb.

Əsgərov polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və polis əməkdaşları Elçin Mütəllimov, Zülfüqar SüleymanovSəbuhi Ağayevə cibindəki bıçaqla xəsarətlər yetirib.polislərə ilkin tibbi yardım göstərilib. Onlardan ikisi evə buraxılıb, biri isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Əsgərov isə yıxılıb və ağır xəsarət alıb, səhəri gün xəstəxanada dünyasını dəyişib.

Mərhumun ailəsi və qeyri-rəsmi mənbələr bildirirlər ki, dostlar arasında dava olmayıb, onlar restorandan çıxandan sonra zarafatlaşıblar. Əsgərovun polislər tərəfindən döyüldüyü və bunun nəticəsində aldığı xəsarətlərdən öldüyü bildirilir.

Prokurorluqdan bildirilib ki, istintaq zamanı toplanan sübutlardan asılı olaraq, əlavə maddələr üzrə də cinayət işi başlanması istisna olunmur.

Prokurorluqdan məlum cinayətlə bağlı hələlik saxlanılan olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti