...

Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə bəyanat verib

Cəmiyyət Materials 18 Yanvar 2011 19:21 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən cərşənbə axşamı Trend-ə verilən məlumata görə, omudsman Elmira Süleymanovanın bəyanatı BMT-nin baş katibinə, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə bəyanat verib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə bəyanat verib.

Ombudsman Aparatının mətbuat xidmətindən cərşənbə axşamı Trend-ə verilən məlumata görə, omudsman Elmira Süleymanovanın bəyanatı BMT-nin baş katibinə, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Bəyanatda ombudsman dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəyinə, xalqımıza qarşı törədilmiş, əvvəlcədən düşünülmüş, antihumanist, antidemokratik, insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayətin tezliklə beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarlarin tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verəcəyinə, cəzasız qalmayacaqlarına inandığını vurğulayıb.

"20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən qətliam zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Bu da təqsirkar şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasını zəruri edir. Lakin qanlı faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib", - bəyanatda vurğulanır.

Ombudsman bildirib ki, xalqımız 20 Yanvar faciəsi qurbanlarının milli azadlıq mübarizəsi uğrunda nümayiş etdirdiyi birliyi heç vaxt unutmur, ərazi bütövlüyünün bərpası ilə bağlı öz qanuni tələbində israrlıdır, ölkəmizin bu günü və gələcəyi, davamlı inkişafı, taleyüklü məsələlərin həlli, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətimizin daha qüdrətli olması naminə öz milli həmrəyliyini daha da möhkəmləndirəcək.

Xəbər lenti

Xəbər lenti