...

Üzüm artıq çəkidən xilas olmağa kömək edir

Cəmiyyət Materials 20 Yanvar 2011 12:21 (UTC +04:00)
Texas Universitetinin əməkdaşları araşdırmalar aparıb və sübut ediblər ki, üzüm arıqlamağa kömək edir.
Üzüm artıq çəkidən xilas olmağa kömək edir

Texas Universitetinin əməkdaşları araşdırmalar aparıb və sübut ediblər ki, üzüm arıqlamağa kömək edir.

Üzümün fəal tərkibi bir neçə istiqamətdə orqanizmdə piy qatlarının yaranması mexanizminə təsir göstərən adiponektin və hormonun işini stimullaşdırır. Üzüm şəkərdən əziyyət çəkənlər üçün də xeyirlidir. Bu barədə UKRİNFORM "Journal of Biological Chemistry"yə istinadən məlumat verib.

Xüsusi üzüm pəhrizi mövcuddur. Pəhrizin ilk üç günündə üzüm yemək lazımdır (lakin gündə 1,5 kq-dən çox olmamaq şərti ilə), sonra isə iki həftə ərzində üzümlə şam etmək lazımdır. Pəhrizin effekti onunla izah edilir ki, üzüm orqanizmdən şlakları çıxarır və artıq kiloqramın öhdəsindən gəlməyə kömək edir.

Xəbər lenti

Xəbər lenti