...

Ankarada Türkiyə Azərbaycan Dərnəyinin ilk konfransı keçirilib

Cəmiyyət Materials 24 Yanvar 2011 14:16 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada şəhərində Türkiyə Azərbaycan Dərnəyinin (TAD) I Konfransı keçirilib.
Ankarada Türkiyə Azərbaycan Dərnəyinin ilk konfransı keçirilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Türkiyənin paytaxtı Ankarada şəhərində Türkiyə Azərbaycan Dərnəyinin (TAD) I Konfransı keçirilib.

Konfransda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinənin nümayəndəsi Elnar Məmmədov bildirib ki, TAD yarandığı qısa müddət ərzində Türkiyədə diqqətəlayiq fəaliyyət göstərir, önəmli toplantılar keçirir və bu, Azərbaycanda da təqdirlə qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı "Bir millətin iki diasporu olmamalıdır" fikrini bir daha diqqətə çatdıran DİDK təmsilçisi qeyd edib ki, Avropa və Amerikadakı türk diasporu ilə qurulacaq əlaqələrə və ortaq fəaliyyətə xüsusilə önəm verilməsi vacib şərtdir.

Azərbaycan və Diğər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXEM) sədri İlham İsmayılov TAD-ın fəaliyyətinin Türkiyədəki Azərbaycan diasporunu daha da gücləndirəcəyini əmin olduğunu deyib. O bildirib ki, ATXEM müxtəlif layihələrdə, xüsusilə də Azərbaycanın Qarabağ probleminə dair gerçəkliklərin təbliği istiqamətindəki fəaliyyətində TAD-la əməkdaşlıq etməyə hazırdır.

Konfransda Sinan Oğan yenidən Türkiyə Azərbaycan Dərnəyinin sədri seçilib. Ənvər Türkoğlu dərnəyin sədr müavini, Əyyub Qartalqaya baş katib vəzifəsinə təsdiqlənib. TAD-ın gələcək fəaliyyəti barədə məlumat verən Sinan Oğan bu il Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi və digər dərnəklərlə birlikdə geniş tədbirlər keçiriləcəyini bildirib. Həmçinin bu qətliamın Avropada daha geniş tanıdılması məqsədilə TAD ATXEM-lə birgə Fransanın Strasburq şəhərində tədbir təşkil edəcək. Sinan Oğan əlavə edib ki, bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin 50 şəhərində konfransların keçirilməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti