...

Məhkəmə Azərbaycan İslam Partiyasının sədri barəsindəki həbs qərarın dəyişmədi

Cəmiyyət Materials 25 Yanvar 2011 18:09 (UTC +04:00)
Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov çərşənbə axşamı Trend-ə bildirib ki, yanvarın 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə hüquqlarını müdafiə etdiyi şəxsin Nəsimi rayon məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Məhkəmə Azərbaycan İslam Partiyasının sədri barəsindəki həbs qərarın dəyişmədi

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə Azərbaycan İslam Partiyasının (AİP) sədri barəsindəki həbs qərarın dəyişmədi.

Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov çərşənbə axşamı Trend-ə bildirib ki, yanvarın 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə hüquqlarını müdafiə etdiyi şəxsin Nəsimi rayon məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmnin etməyib və Səmədov barəsindəki həbs qərarını qüvvədə saxlayıb.

Səmədov hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silah satma, saxlama, hazırlama, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq cinayətlərində ittiham olunur. Onun barəsində yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və istintaq aparılır.

Vəkil bildirib ki, o, Səmədovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yerindən Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatət verəcək.

Partiya sədri yanvarın 7-də saxlanılıb və barəsində 13 sutkalıq inzibati həbs seçilmişdi.

Xəbər lenti

Xəbər lenti