...

Azərbaycanda "Təhlükəsiz şəhər" xidməti tərəfindən 20 cinayətin üstü açılıb - Ramil Usubov

Cəmiyyət Materials 28 Yanvar 2011 13:25 (UTC +04:00)
Azərbaycanda "Təhlükəsiz şəhər" xidməti tərəfindən videomüşahidə vasitələrinin tətbiqi ilə 20 cinayətin üstü açılıb. Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.
Azərbaycanda "Təhlükəsiz şəhər" xidməti tərəfindən 20 cinayətin üstü açılıb - Ramil Usubov

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Təhlükəsiz şəhər" xidməti tərəfindən videomüşahidə vasitələrinin tətbiqi ilə 20 cinayətin üstü açılıb. Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.

Nazir qeyd edib ki, bu xidmət tərəfindən 2104 yol-nəqliyyat qəzası, o cümlədən piyadaların vurulması ilə bağlı 49 hadisə müəyyən edilib.

Yol hərəkəti qaydaları əleyhinə olan 40979 inzibati xəta aşkarlanıb.

Yaradılmış avtomatlaşdırılmış laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 28,3 faizi üzrə sübut bazası toplanılıb.

"Məlumat Portalı" vasitəsilə axtarılan 540 şəxs və 10 avtomobil müəyyən edilib, eləcə də məhkumluq, axtarışda olan cinayətkarlar, avtonəqliyyat vasitələri, odlu silahlar və s. haqqında 750 mindən çox sorğu cavablandırılıb.

Ötən ildə "102" xidmətinə daxil olmuş məlumatlar əsasında 1679 cinayət işi başlanıb, məişət zəminli 2 minə yaxın hüquqazidd əməlin qarşısı alınıb, habelə bu qurumun imkanları ilə 314 cinayət "isti izlərlə" açılıb.

Azərbaycanda "Təhlükəsiz şəhər" xidmətinin videonəzarət vasitələrinin tətbiqinin ikinci mərhələsində əlavə 150 nöqtədə 448 rəqəmsal və çoxfunksiyalı kameralar quraşdırılıb və hazırda onların sayı 1110-a çatıb.

Bakı şəhəri üzrə 228 taksofon aparatının "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sistemi videokameralarının görüntü dairəsində yerləşdirilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti