...

Azərbaycan paralimpiyaçılar arasında yüngül atletika üzrə dünya çempionatında ən yaxşı iyirmiliyə daxil olub

Cəmiyyət Materials 31 Yanvar 2011 11:16 (UTC +04:00)
Azərbaycan paralimpiyaçılar arasında yüngül atletika üzrə dünya çempionatında 19-cu yeri tutub. Bu barədə Trend-ə Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumatda deyilir.
Azərbaycan paralimpiyaçılar arasında yüngül atletika üzrə dünya çempionatında ən yaxşı iyirmiliyə daxil olub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan paralimpiyaçılar arasında yüngül atletika üzrə dünya çempionatında 19-cu yeri tutub. Bu barədə Trend-ə Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumatda deyilir.

Azərbaycanlı idmançılar 78 ölkənin milli komandası arasında üç qızıl (görmə qabiliyyəti zəif olanlar arasında uzunluğa tullanma, üç təkanla uzunluğa tullanma üzrə Oleq Panyutin, amputantlar kateqoriyasında üçqat uzunluğa tullanma üzrə Hüseyn Həsənov), bir gümüş (100 metr məsafəyə qaçış üzrə Elçin Muradov) və iki bürünc medalla (uzunluğa tullanma üzrə Hüseyn Həsənov, üç təkanla uzunluğa tullanma üzrə Vladimir Sayets) 19-cu yeri tutublar.

Eləcə də atlet Oloxan Musayev öz kateqoriyasında nüvə tullama üzrə birinci yeri tutub və dünya çempionatının rekordunu vurub. Lakin xalların hesablanması üç kateqoriyada keçirildiyindən, yekun cədvəldə idmançı yalnız altıncı yeri tutub.

Yüngül atletika üzrə dünya çempionatı Yeni Zelandiyanın Krisçerç şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti