...

"İrəli" Gənclər Mərkəzinin açılış mərasimi keçirilib

Cəmiyyət Materials 1 Fevral 2011 18:24 (UTC +04:00)
“İrəli” Gənclər Mərkəzinin açılış mərasimi keçirilib
"İrəli" Gənclər Mərkəzinin açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/ "İrəli" Gənclər Mərkəzinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərkəz barədə çıxış edən İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı bildirib ki, mərkəz çoxfunksiyalı fəaliyyət göstərəcək.

"Ümumi ərazisi min kvadrat metr olan "İrəli" Gənclər Mərkəzində müxtəlif istiqamətlər üzrə təlimlər keçiriləcək. Mərkəz bütünlüklə kompüterləşdirilib. Burada müasir kitabxana, gənclərin maarifləndirilməsi məqsədilə bir sıra imkanlar yaradılıb" Osmanlı deyib.

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında deyib ki, "İrəli" İctimai Birliyinin layihələri gənclərin maarifləndirilməsinə yönəldiyindən, həmişə uğur qazanıb.

"Mərkəzin yeni binasının bundan sonra görülən layihələrin uğurla nəticələnəcəyinə səbəb olacağına ümid edirəm.

"Hesab edirəm ki, gələcəkdə təşkilat beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsinə nail olacaq" Rəhimov deyib.

Rəhimov deyib ki, bu gün Azərbaycanda 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir.

"2009-2010-cu illərdə onların layihələrinə 2 milyon manatdan çox vəsait ayrılıb" Rəhimov deyib.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə birliyi gənclərin maarifləndirilməsi istiqamətində layihələrə üstünlük verməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti