...

Azərbaycanda etnik qruplar dinc yaşayır - ATƏT-in Bakı ofisinin rəhbəri

Cəmiyyət Materials 4 Fevral 2011 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir çox etnik qruplar dinc yaşayır və bu, Azərbaycan xalqının mədəniyyətidir. Trend-in məlumatına görə, bunu cümə günü "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.

"Azərbaycanda dinlərarası dialoqa dair tədbirlər görülür. Bu da onu göstərir ki, dinlərarası dialoq sözdə deyil, xalqın real həyatındadır", - Cankorel əlavə edib.

BMT Baş Assambleyasının 2010-cu il oktyabrın 20-də kecirilən sessiyasında qəbul olunmuş qətnaməyə görə, hər il fevral ayının ilk həftəsi bütün dinlər, etiqadlar arasında ümumdünya konfessiyalararası harmonik münasibətlər həftəsi elan olunub.

Xəbər lenti

Xəbər lenti