...

Azərbaycanda yabanı bitkilərdən kosmetoloji və dərman preparatlarının alınması üzrə tədqatlar aparılır

Cəmiyyət Materials 4 Fevral 2011 17:46 (UTC +04:00)
Gəncə alimləri Azərbaycanın bu regionundakı yabanı bitkilərdən kosmetoloji və dərman preparatlarının alınması üzrə tədqatlar aparırlar.
Azərbaycanda yabanı bitkilərdən kosmetoloji və dərman preparatlarının alınması üzrə tədqatlar aparılır

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir M.Əliyev/

Gəncə alimləri Azərbaycanın bu regionundakı yabanı bitkilərdən kosmetoloji və dərman preparatlarının alınması üzrə tədqatlar aparırlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Regional Elmi Mərkəzlərin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə həsr edilmiş iclasında Gəncə Regional Elmi Mərkəzinin müxbir üzvü Fuad Əliyev bildirib.

Əliyev qeyd edib ki, bu məqsədlə regiondakı yabanı bitkilərdən bioloji-aktiv maddələrin ayrılmasının tədqiqi davam etdirilir.

Onun sözlərinə görə, Mərkəzdə ötən il ərzində regionun nadir təbii sərvəti olan Naftalan neftinin və onun tullantılarının qətransızlaşdırılması üçün yeni növ adsorbentlər də hazırlanıb.

İclasda çıxış edən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Zəkəriyyə Əlizadə bildirib ki, Şəki rayonunda ipəkçilik sənətinin inkişaf etdirilməsi üçün İpəkçilik laboratoriyasında uzun illər aparılan təcrübələrin nəticəsində ötən il yeni yetişdirilmiş iki hibrid seleksiya yeni cins kimi təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti