...

Azərbaycanlı tələbələr liderlik vərdişlərinə yiyələnəcəklər

Cəmiyyət Materials 7 Fevral 2011 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı tələbələr liderlik vərdişlərinə yiyələnəcəklər. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) bazar ertəsi Trend-ə veriən məlumata görə, Azərbaycanın bütün ali təhsil ocaqlarından 120 tələbə "Liderlik Məktəbi"ndə iştirak etmək üçün seçilib.

Fevralın 10-dan 16-na qədər keçiriləcək treninqlərdə tələbələrə əsasən mütəxəssislər tərəfindən komanda işi, şəxsi inkişaf, liderlik, təşkilati-quruculuq və s. mövzularda təlimlər keçiləcək.

Bundan əlavə, "Liderlik Məktəbi"nin iştirakçılarının millət vəkilləri, siyasi xadimlər, xarici ölkələrin respublikamızdakı səfirləri və yerli icra nümayəndələri ilə görüşləri təşkil olunacaq. Görüşlərdə tələbələr qonaqlarla müxtəlif məsələlərlə bağlı müzakirələr aparacaqlar.

Layihədə iştirak etmək üçün tələbələr tərəfindən 1000-ə yaxın müraciət daxil olub, onlardan 300-ü II mərhələdə iştirak hüququ əldə edib. Onların arasından müsahibə yolu ilə ən layiqli 120 tələbə "Liderlik Məktəbi"nə seçilib.

Xəbər lenti

Xəbər lenti