...

Azərbaycanda bu ildən kənd təsərrüfatı sahəsində kadr hazırlığının təkmilləşdirilməsinə başlanılacaq

Cəmiyyət Materials 9 Fevral 2011 16:11 (UTC +04:00)
Azərbaycanda 2011/2012-ci tədris ilindən etibarən kənd təsərrüfatı sahəsində kadr hazırlığının təkmilləşdirilməsinə başlanılacaq. Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov almaniyalı mütəxəssislərlə çərşənbə günü keçirilən görüşdə "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" üzrə müzakirələr aparıb və qeyd olunub ki, cari ilin iyulunadək müvafiq müqavilənin bağlanılması nəzərdə tutulub.
Azərbaycanda bu ildən kənd təsərrüfatı sahəsində kadr hazırlığının təkmilləşdirilməsinə başlanılacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2011/2012-ci tədris ilindən etibarən kənd təsərrüfatı sahəsində kadr hazırlığının təkmilləşdirilməsinə başlanılacaq. Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov almaniyalı mütəxəssislərlə çərşənbə günü keçirilən görüşdə "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" üzrə müzakirələr aparıb və qeyd olunub ki, cari ilin iyulunadək müvafiq müqavilənin bağlanılması nəzərdə tutulub.

Nazir görüşdə bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır.

"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya üzrə meneceri Herbert Strobel görüş zamanı bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sənədin hazırlanması, pedaqoji kadrların hazırlığının təşkili və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas tədbirlərdəndir. Herbert Strobel Gəncə şəhərində bununla bağlı müvafiq treninqlərin keçirildiyini nəzərə çatdırıb.

4 alt komponentdən ibarət olan "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" üzrə müqavilə sənədinin martın 15-dək hazırlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti