...

ASAİF-in Strasburqda keçiriləcək Forumunun proqramı açıqlanıb

Cəmiyyət Materials 10 Fevral 2011 14:05 (UTC +04:00)
ASAİF-in Strasburqda keçiriləcək Forumunun proqramı açıqlanıb
ASAİF-in Strasburqda keçiriləcək Forumunun proqramı açıqlanıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir T.Hacıyev/

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) bu il martın 11-12-də Fransanın Strasburq şəhərində toplanacaq.

"Azərbaycan 20-Baxış 2020" adı ilə keçiriləcək tədbirin proqramı açıqlanıb.

ASAİF-in yaydığı məlumata görə, tədbirin birinci günü ASAIF-in fəaliyyəti barədə ASAIF-in baş katibi Mikayıl Yusifov, millət vəkili Ceyhun Osmanlı, ASAIF həmtəsisçiləri Orxan Əkbərov, Rüfət Əzizov, Ülkər İsayeva, Elkin Nurməmmədov, Nemət Nağdaliyev fikirlərini bölüşəcəklər.

Martın 11-də keçiriləcək Forumun rəsmi açılış mərasimində AŞ PA prezidenti Mövlud Çavuşoğlu, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Türk PA-nın baş katibi Ramil Həsənov çıxış edəcəklər.

Daha sonra isə "Qaçqın: Anar Usubovun uzun səyahəti" adlı filminin təqdimatı olacaq.

Martın 12-də müzakirələr panellərdə davam etdiriləcək. Moderatoru Elşad İsgəndərov olan "Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları" adlı paneldə millət vəkili Səməd Seyidov məruzə ilə çıxış edəcək. Panelin çıxışçıları isə Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, Mərkəzi Bankının kommunikasiya departamentinin direktoru Rüfət Abbasov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və ASAİF həmtəsisçisi, Xəzər Mühəndislər Cəmiyyəti icraçı sədri Rüfət Əzizov olacaq.

Millət vəkili Ceyhun Osmanlının moderatoru olduğu "İnsan kapitalı - Azərbaycanın inkişaf prioriteti" adlı panelin məruzəçisi Azərbaycan Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov olacaq. Panelin qonaqları isə təhsil nazirinin müavini Elmar Qasımov, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Futbol Federasiyaları Assosiasiyası baş katibi Elxan Məmmədov, Azərbaycan Diplomatiya Akademiyasının baş müəllimi Elkin Nurməmmədovdur.

"Gənclik və İctimai Diplomatiya" mövzusundakı üçüncü panelin məruzəçisi isə PA-nın şöbə müdiri Elnur Aslanov olacaq. Bu paneldə gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Fuad Muradov, PA-nın sektor müdiri Həsən Məmmədzadə, Türk PA-nın baş katibi Ramil Həsənov, www.news.az portalının baş redaktoru, Yurd.tv direktoru Elnur Baimov, "The First News" ("1news") İnformasiya Agentliyinin direktoru Rəhman Hacıyev və ATGTİ-nin sədri Şahin İsmayılov qonaq olacaqlar.

Moderatoru Prezident Administrasiyasının baş məsləhətçisi Fərhad Məmmədovun olduğu "Azərbaycançılıq-Gələcək naminə birlik" adlı paneldə isə məruzəçi gənclər və idman naziri Azad Rəhimov olacaq. Bu paneldə deputat Rasim Musabəyov, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbərinin köməkçisi Nemət Nağdəliyev, Xəzər Universiteti idarə heyətinin sədri Hamlet İsaxanlı, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru və Day.az Media Şirkətinin direktoru İlqar Hüseynov, "NOVCO" Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi və BMT-nin "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev qonaq qismində iştirak edəcəklər.

Panellərdən sonra ümumi müzakirələr keçiriləcək və Fransa, Aİ və Belçika, Avstriya Niderland, Böyük Britaniya, Almaniya, Yunanıstan, İtaliya və digər ölkələrin toplantıda iştirak edən səfirlərinin çıxışları dinləniləcək.

Xəbər lenti

Xəbər lenti