...

Mübariz İbrahimov ölümündən sonra "İlin adamı" mükafatına layiq görülüb

Cəmiyyət Materials 10 Fevral 2011 22:09 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov ölümündən sonra Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu tərəfindən təsis edilmiş “İlin adamı” mükafatına layiq görülüb.
Mübariz İbrahimov ölümündən sonra "İlin adamı" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov ölümündən sonra Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu tərəfindən təsis edilmiş "İlin adamı" mükafatına layiq görülüb.

Mükafat və xüsusi diplom Milli Qəhrəmanın atası Ağakərim İbrahimova təqdim olunub.

Tədbirdə Mübariz İbrahimovun qəhrəmanlığı barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Mübariz İbrahimovun atası və Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin rəisi polkovnik Vaqif Məmmədov söz açdılar.

"İlin adamı" mükafatı 2001 ci ildən təqdim edilir. Bundan əvvəl adıçəkilən mükafat Bakı şəhərinin İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, mərhum prezident Heydər Əliyevə (2 dəfə), Yaponiyanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivaraya, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə, Azərbaycan Prezidenti İlham Əliyevə, Xalq rəssamı Tahir Salaxova və Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq Artisti Polad Bülbüloğluna verilib.

Xəbər lenti

Xəbər lenti