...

Azərbaycanın əksər regionlarında gecə şaxtalı hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 15 Fevral 2011 11:59 (UTC +04:00)
Sabah Azərbaycanın əksər regionlarında gecə şaxtalı hava şəraiti hökm sürəcək.
Azərbaycanın əksər regionlarında gecə şaxtalı hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanın əksər regionlarında gecə şaxtalı hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, fevralın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, arabir sulu qara keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti