...

Milli Məclisin deputatı Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Türkiyə və İsraildə səfərdə olacaq

Cəmiyyət Materials 19 Fevral 2011 15:45 (UTC +04:00)
Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün fevralın 19-dan 25-dək Türkiyədə və İsraildə səfərdə olacaq.
Milli Məclisin deputatı Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Türkiyə və İsraildə səfərdə olacaq

Azərbaycan, Bakı, 19 fevral/Trend/

Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün fevralın 19-dan 25-dək Türkiyədə və İsraildə səfərdə olacaq.

Millət vəkili ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı vəhşiliklərinin dünya içtimayyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra görüşlərə qatılacaq.

Türkiyədə keçiriləcək tədbirlər çərçivəsində millət vəkili Paşayevanın və Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllif olduqları, türkcə çapdan çıxmış "Xocalı soyqırımı: şahidlərin dilindən" adlı kitabın təqdimatı da olacaq. Kitabda Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələri yer alıb. Kitabda həmin dövrdə Xocalı soyqırımı ilə bağlı dünya mediasında dərc olunmuş məqalələr, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, bəyanatları, Azərbaycan Milli Məclisinin dünya parlamentlərinə müraciətləri də öz əksini tapıb.

Bundan başqa, kitabda müxtəlif beynəlxalq təşkilatlarda bu soyqırımla bağlı yayılmış və qəbul olunmuş sənədlər, eməni terroru faktlarla və fotoların müşayiəti ilə əks olunub. Kitab Türkiyənin İstanbul, Yalova, İsparta, İzmir və Ankara şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində ölkə ictimaiyyətinə təqdim olunacaq və yayılacaq.

Millət vəkili Paşayeva İsrailin Netaniya şəhərində də İsrail millət vəkillərinin, ictimai-siyasi xadimlərin və ictimaiyyətin iştirakı ilə keçiriləcək anım tədbirində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti