...

Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Cəmiyyət Materials 20 Fevral 2011 11:04 (UTC +04:00)
Azərbaycanda bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirilir. İmtahan saat 14.00 başlayacaq və 2 saat 30 dəqiqə çəkəcək.
Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçirilir. İmtahan saat 14.00 başlayacaq və 2 saat 30 dəqiqə çəkəcək.

İmtahan ölkənin 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran (ilk dəfə) şəhərlərində aparılacaq.

İmtahanda iştirak etmək üçün Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 16 510 bakalavr ərizə verib. Onlardan 14 447 nəfəri Azərbaycan bölməsi, 2 063 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 9 569 nəfəri 2011-ci ildə ali təhsil ocaqlarını bitirənlərdir.

İmtahan test üsulu ilə keçirilir və iki mərhələdən ibarətdir. Birinci mərhələdə bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur. Ikinci mərhələdə seçilmiş ixtisas üzrə yoxlama aparılacaq.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan bakalavrlar ikinci mərhələyə buraxılır.

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanını 2005-ci ildən keçirir.

Xəbər lenti

Xəbər lenti