...

Rusiyanın Sankt-Peterburq şəhərində "Xocalıya Ədalət" elmi-praktik konfransı keçiriləcək

Cəmiyyət Materials 21 Fevral 2011 14:39 (UTC +04:00)
Rusiyanın Sankt-Peterburq şəhərində 25 fevralda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin və Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə "Xocalıya Ədalət" elmi-praktik konfransı keçiriləcək.
Rusiyanın Sankt-Peterburq şəhərində "Xocalıya Ədalət" elmi-praktik konfransı keçiriləcək

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/

Rusiyanın Sankt-Peterburq şəhərində 25 fevralda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin və Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə "Xocalıya Ədalət" elmi-praktik konfransı keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən məlumat veriblər.

Şəhər ictimaiyyəti nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri, Azərbaycan diasporu üzvləri, tələbələrimiz və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə keçiriləcək konfransda XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımı barədə məlumat veriləcək.

Konfransda tanınmış rus yazıçısı, professor Yuri Pompeyevin şəxsi xatirələri əsasında yazılmış "Qarabağ gündəliyi" kitabının təqdimatı keçiriləcək, Xocalıda törədilmiş vəhşilikləri əks etdirən fotosərgi və faciə haqqında sənədli film nümayiş ediləcək, o cümlədən tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" məlumat toplusu təqdim ediləcək.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

"Xocalıya Ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası ("Justice for Khodjaly") 2008-ci il mayın 8-də İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən dialoq və əməkdaşlıq məqsədilə təsis edilib.

Xəbər lenti

Xəbər lenti