...

Cənubi Qafqazın qoruqları üçün qrantların həcmi artıb

Cəmiyyət Materials 21 Fevral 2011 17:17 (UTC +04:00)
Mühafizə olunan ərazilər üçün qrantların həcmi artıb. Gürcüstanın Mühafizə olunan əraziləri agentliyinin məlumatına görə, 3,5 milyon avro Gürcüstan, Azərbaycan və Ermənistanın qoruqları üçün istifadə ediləcək.
Cənubi Qafqazın qoruqları üçün qrantların həcmi artıb

Gürcüstan, Tbilisi, 21 fevral /Trend, müxbir N.Kirsxaliya/

Mühafizə olunan ərazilər üçün qrantların həcmi artıb. Gürcüstanın Mühafizə olunan əraziləri agentliyinin məlumatına görə, 3,5 milyon avro Gürcüstan, Azərbaycan və Ermənistanın qoruqları üçün istifadə ediləcək.

Bu məsələ ilə bağlı görüş Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Nazirliyində keçirilib. Görüşdə Gürcüstanın ətraf mühitin mühafizəsi nazirinin müavini Georgi Zedqenidze, agentliyin sədri Georgi Şovnadze və Birləşmiş Katibliyin (TJS) proqram rəhbəri Yap Fermat iştirak edib.

Tərəflər proqramın ilk mərhələsinin uğurla başa çatmasını və ikinci fazanın başlanmasını müzakirə ediblər.

"Gürcüstanla maliyyə əməkdaşlığı, Qafqazda - Gürcüstanda ətraf mühitin qorunması proqramı Birləşmiş Katiblik, ikinci faza" proqramı 2011-ci ildə başlayıb və üç il davam edəcək. Proqramın məqsədi mühafizə olunan ərazilərin konservasiyasına köməyin göstərilməsi və yerli əhalinin sosial-iqtisadi inkişafıdır.

Xəbər lenti

Xəbər lenti