...

Beynəlxalq Diaspor Mərkəzinin İrəvan departamenti yaradılıb

Cəmiyyət Materials 22 Fevral 2011 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Hacıyev/

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) İrəvan departamenti yaradılıb. Trend-in məlumatına görə, bu barədə qərar BDM-in İdarə Heyətinin çərşənbə axşamı keçirilən iclasında qəbul olunub.

İrəvan departamenti Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının qorunması və bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədilə yaradılıb və onun rəhbəri Əziz Ələkbərli təyin olunub.

Departamentin nəzdində Cümşüd Nuriyev (işçi qrupunun rəhbəri), Vaqif Arzumanlı, Budaq Budaqov, Vəli Əliyev, Həsən Mirzəyev, Aygün Həsənoğlu, Sərlan Həsənov, Əvəz Lələdağ, Samir Adıgözəllinin təmsil olunduğu işçi qrupu da yaradılıb.

Yeni yaradılmış İrəvan departamenti tarixi faktların araşdırılması, bu istiqamətdə yeni kitabların hazırlanaraq BMT-nin rəsmi dillərinə tərcüməsi, təbliğat xarakterli filmlərin çəkilişi, 1997-98-ci illərdə mərhum prezident Heydər Əliyevin deportasiya və soyqırım haqqındakı tarixi fərmanlarından irəli gələn müddəaların həyata keçirilməsinə nail olmaq, Türkiyədə, xüsusilə İğdır vilayətində yaşayan irəvanlılarla əlaqələrin qurulması, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə müdafiəsi və onlara ikili vətəndaşlığın verilməsi istiqamətində tədbirlər həyata keçirəcək.

1988-ci ilin yanvar ayından etibarən SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayıblar. Bu proses 1989-cu ildə başa çatdırılıb, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalıb.

Xəbər lenti

Xəbər lenti