...

Tələbələrin qiymətlərini azaldan müəllimlər cəzalanacaq – BDU-nun rektoru

Cəmiyyət Materials 22 Fevral 2011 16:52 (UTC +04:00)
İmtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlər cəzalanacaq.
Tələbələrin qiymətlərini azaldan müəllimlər cəzalanacaq – BDU-nun rektoru

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Hacıyev/

İmtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlər cəzalanacaq. Trend-in Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri universitetinin rektoru, akademik Abel Məhərrəmov apelyasiya şikayəti verən tələbələrlə görüşündə deyib.

Şikayət edən tələbələr əsasən "əla" və "yaxşı" qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apelyasiya şikayəti verən hər bir tələbəni dinləyib, onların müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması barədə tapşırıq verib.

Xəbər lenti

Xəbər lenti