...

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi “Bern 2011 - irqçiliyə qarşı tədbirlər həftəsi” adlı layihənin qalibi elan edilib

Cəmiyyət Materials 23 Fevral 2011 01:41 (UTC +04:00)
Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi (AİMM) İsveçrənin Bern şəhərinin Maarif, İdman və Sosial Nazirliyi tərəfindən təşkil olunmuş “Bern 2011 - irqçiliyə qarşı tədbirlər həftəsi” adlı layihənin qalibi elan edilib.
Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi “Bern 2011 - irqçiliyə qarşı tədbirlər həftəsi” adlı layihənin qalibi elan edilib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi (AİMM) İsveçrənin Bern şəhərinin Maarif, İdman və Sosial Nazirliyi tərəfindən təşkil olunmuş "Bern 2011 - irqçiliyə qarşı tədbirlər həftəsi" adlı layihənin qalibi elan edilib. Bu barədə Trend-ə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Mərkəz tərəfindən irəli sürülmüş layihə 2011-ci ilin mart ayında həyata keçiriləcək.

Sözügedən təşəbbüs İsveçrə tərəfindən maliyyələşdiriləcək və layihə İsveçrənin dövlət orqanları və yerli kütləvi informasiya vasitələrində işıqlandırılacaqdır. Azərbaycan Mədəniyyət Mərkəzinin sözügedən layihədə qalib gəlməsi, xalqımızın tolerant olmasının bir nümunəsidir və İsveçrə tərəfinin bu ölkədə yaşayan Azərbaycanlılara olan müsbət münasibətini göstərir.

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi (AİMM) 2005-ci ildən etibarən İsveçrə Konfederasiyasında fəaliyyət göstərir. AİMM xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətin nümunəsi kimi İsveçrə Konfederasiyasının Prezidenti tərəfindən Mərkəzə təşəkkür məktubu ünvanlanmışdır. AİMM mütəmadi olaraq İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən təşkil edilən müxtəlif tədbirlərdə fəal iştirak edib və bu fəaliyyətini davam etdirməkdədir.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi Mərkəzin fəaliyyətində yaxından iştirak etməkdədir və artıq son bir ildə Mərkəz Səfirliyimiz ilə birlikdə bir sıra tədbirlər həyata keçirib.

Xəbər lenti

Xəbər lenti