...

Bakıda bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılacaq

Cəmiyyət Materials 25 Fevral 2011 12:48 (UTC +04:00)
Bakıda sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılacaq.
Bakıda bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Xocalı faciəsinin ildönümü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar olaraq sabah saat 08:00-dan etibarən paytaxtın Xocalı prospektinə avtomobillər buraxılmayacaq.

Xətai rayonu ərazisində Xocalı prospekti ilə kəsişən N.Rəfiyev, Y.Səfərov, M.Mehdizadə, A.İsmayılov, Tağızadə və digər küçələrdə avtomobillərin hərəkəti tamamilə dayandırılacaq.

Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə tədbir başa çatana qədər alternativ yollardan istifadə etməyi məsləhət görür.

Xəbər lenti

Xəbər lenti