...

Tehran hava limanında 29 ton tiryək müsadirə olunub

Cəmiyyət Materials 28 Fevral 2011 11:00 (UTC +04:00)
Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında 29 ton tiryək müsadirə olunub.
Tehran hava limanında 29 ton tiryək müsadirə olunub

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında 29 ton tiryək müsadirə olunub. Bu fakt İran ictimaiyyətində və hüquq-mühafizə sistemində geniş rezonans doğurub. Bu barədə Trend İranın /jamejamonline.ir/ internet qəzetinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, narkotik maddə İranın dərman istehsalı ilə məşğul olan özəl şirkətlərindən birinin sifarişi ilə Çindən Hindistanın Mumbai (Bombey) şəhərinə, oradan isə xüsusi təyyarə ilə Tehrana gətirilib.

Tiryəkin alınması üçün xərclər şirkətin sifarişi ilə İran banklarından biri tərəfindən ödənilib.

Hazırda İran polisi tiryəkin ölkəyə kim tərəfindən, hansı məqsədlə gətirildiyini, onun ölkəyə gətirilməsinə hansı qurumlar tərəfindən icazə verildiyini və digər detalları araşdırır.

Qeyri-rəsmi məlumatlara görə, tiryək ölkədə dərman istehsalında istifadə üçün alınıb və onun İrana gətirilməsinə ölkənin Səhiyyə Nazirliyi icazə verib.

İranın Narkotiklərlə Mübarizə İdarəsi faktla bağlı cinayət işi başlayıb, istintaq aparılır.

İranda bu miqdarda qanunsuz narkotikin aşkarlanması faktı indiyədək qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti