...

Azərbaycan narkotiklərlə mübarizənin strategiyasını təkmilləşdirir - Beynəlxalq Komitə

Cəmiyyət Materials 3 Mart 2011 15:24 (UTC +04:00)
Azərbaycan hökuməti narkotiklərin tranziti və onların Azərbaycanda istifadəsi ilə mübarizə üzrə öz strategiyasını təkmilləşdirməyi davam etdirir.
Azərbaycan narkotiklərlə mübarizənin strategiyasını təkmilləşdirir - Beynəlxalq Komitə

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan hökuməti narkotiklərin tranziti və onların Azərbaycanda istifadəsi ilə mübarizə üzrə öz strategiyasını təkmilləşdirməyi davam etdirir. Trend-in məlumatına görə, bu barədə Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Komitənin ABŞ Dövlət Departamentinin saytında dərc edilən son hesabatında deyilir.

Azərbaycan hökuməti narkotiklərlə bağlı kəşfiyyat informasiyasını toplamaq və təhlil etmək bacarığını möhkəmlədib. Nəticədə narkotik alverçiləri ilə bağlı təhqiqatlar daha səmərəli olub, hesabatda deyilir.

Hesabatda bildirilir ki, Azərbaycan 2007-ci ilin iyunu - 2008-ci ilin iyulunda Bakıda GUAM ölkələrinin narkotik əleyhinə Virtual hüquq-mühafizə mərkəzinin (VM) yaradılması haqqında qərar qəbul ediləndə GUAM qrupuna sədrlik edib.

VM ABŞ hökumətinin köməyi ilə yaradılıb, hesabatda qeyd edilib.

Hesabatda deyilir ki, 2009-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanın hüquq-mühafizə orqanları 900 kiloqramdan çox narkotik müsadirə ediblər.

2008-ci ilin aprelində Azərbaycan Daxili İşlər Nazirliyi Rusiyanın Narkotiklərə Nəzarət üzrə Federal Xidməti ilə saziş imzalayıb. Bu saziş peşəkar hazırlıq sahəsində birgə əməliyyatları asanlaşdırıb, hesabatda vurğulanıb. Hesabatda qeyd olunub ki, bu, 200 kiloqrama yaxın narkotik vasitənin müsadirəsinə səbəb olub.

ABŞ və Azərbaycan hökuməti narkotiklərlə mübarizə üzrə yardım proqramlarının həyata keçirilməsi üçün səylərini davam etdirəcək, hesabatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti