...

ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub

Cəmiyyət Materials 7 Mart 2011 13:57 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazirliyin bu gün keçirilən kollegiyasında yeni direktorun adı açıqlanıb.
ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazirliyin bu gün keçirilən kollegiyasında yeni direktorun adı açıqlanıb.

Klinikaya Musayev Surxay Novruz oğlu yeni direktor təyin olunub.

Musayev 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1989-1992-ci illərdə Moskva Tibb Akademiyasının Uşaq xəstəlikləri kafedrasında doktorant olub və tibb elmləri doktoru alimlik dərəcəsi üçün dissertasiya müdafiə edib. 1992-ci ildən bu günə kimi ATU-da İlk uşaq xəstəlikləri kafedrasında professor vəzifəsində çalışır.

Xəbər lenti

Xəbər lenti