...

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Cəmiyyət Materials 8 Mart 2011 11:28 (UTC +04:00)
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Novruz bayramı öncəsi, ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi qədim türk etiqadlarına görə mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Azərbaycan, Bakı, 8 mart /Trend/

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Novruz bayramı öncəsi, ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi qədim türk etiqadlarına görə mühüm əhəmiyyət kəsb edir.

Əski etiqadlarda qeyd edilib ki, torpağın altında - "qara nəhrdə" yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsində bu dörd yellə birləşən külək dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Odur ki, Yel çərşənbəsində daha çox baharın gəlişi hiss olunur.

Yel çərşənbəsi ilə əlaqədar bəzi mənbələrdə "Yel baba" ifadəsi də işlənir ki, bu da üçüncü çərşənbə, həmçinin əkinçiliklə əlaqələndirilir.

Xəbər lenti

Xəbər lenti