...

Azərbaycan daxilində sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək

Cəmiyyət Materials 10 Mart 2011 11:58 (UTC +04:00)
Martın 20-dən Azərbaycan daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək.
Azərbaycan daxilində sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir S.Əliyev/

Martın 20-dən Azərbaycan daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Məlumata görə, QSC sədrinin müvafiq əmrinə əsasən, bəzi mənzil və sahələrdə qatarların hərəkət sürətinin dəyişdirilməsi ilə əlaqədar olaraq yerli sərnişin qatarlarının hərəkət cədvəlləri 20 mart 2011-ci ildən etibarən qismən dəyişdiriləcək.

Belə ki, 96-97 saylı Bakı-Ağstafa-Bakı firma qatarı saat 23:05-də Bakıdan yola düşəcək, saat 10:20-də Ağstafaya çatacaq. Saat 19:50-də Ağstafadan yola düşəcək, saat 08:30-da Bakıya çatacaq.

656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı saat 22:15-də Bakıdan yola düşəcək, saat 07:35-də Köçərliyə, saat 11:05-də Balakənə çatacaq, saat 18:30-da Balakəndən, saat 21:40-da Köçərlidən yola düşəcək, saat 07:51-də Bakıya çatacaq.

660-672/659-671 saylı Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı saat 23:55-də Bakıdan yola düşəcək, saat 08:25-də Horadizə, saat 09:45-də Astaraya çatacaq, saat 19:50-də Astaradan, saat 21:15-də Horadizdən yola düşəcək, saat 06:44-də Bakıya çatacaq.

662-666/661-665 saylı Bakı-Qazax-Böyük Kəsik-Bakı sərnişin qatarı saat 22:35-də Bakıdan yola düşəcək, saat 12:35-də Qazaxa, saat 13:10-də Böyük Kəsiyə çatacaq. Saat 18:40-da Böyük Kəsikdən, saat 19:40-da Qazaxdan çıxacaq, saat 09:58-də Bakıya çatacaq.

602-/601 saylı Bakı-Gəncə-Bakı "Ekspres" qatarı saat 07:20-də Bakıdan yola düşəcək, saat 14:50-də Gəncəyə çatacaq. Saat 15:30-da Gəncədən yola düşəcək, saat 23:40-da Bakıya çatacaq.

616-/615 saylı Bakı-Mingəçevir-Bakı "Ekspres" qatarı saat 16:50-də Bakıdan yola düşəcək, saat 00:20-də Mingəçevirə çatacaq. Saat 07:45-də Mingəçevirdən yola düşəcək, saat 15:30-da Bakıya çatacaq.

618-/619 saylı Bakı-Astara-Bakı "Ekspres" qatarı saat 07:40-da Bakıdan yola düşəcək, saat 15:00-da Astaraya çatacaq, saat 15:40-da Astaradan yola düşəcək, saat 23:30-da Bakıya çatacaq.

Bundan başqa beynəlxalq istiqamətdə hərəkət edən 38/37 saylı Bakı-Tbilisi-Bakı sürət qatarının hərəkət cədvəlində də dəyişikliklər edilib.

Belə ki, 38/37 saylı Bakı-Tbilisi-Bakı sürət qatarı saat 21:20-də Bakıdan (Bakı vaxtı ilə) yola düşəcək, saat 13:25-də Tbilisiyə (Tbilisi vaxtı ilə) çatacaq. Saat 18:00-da Tbilisidən (Tbilisi vaxtı ilə) çıxacaq, saat 11:05-də Bakıya (Bakı vaxtı ilə) çatacaq.

Xəbər lenti

Xəbər lenti