...

Türkiyədə yaşayan azərbaycanlıların qurultayının proqramı açıqlanıb

Cəmiyyət Materials 10 Mart 2011 12:32 (UTC +04:00)
Aprelin 23-24-də Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayı keçiriləcək. Trend-in məlumatına görə, İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Mehmetxanoglu cümə axşamı keçirdiyi mətbuat konfransında qurultaya hazırlıqla bağlı məlumat verib.
Türkiyədə yaşayan azərbaycanlıların qurultayının proqramı açıqlanıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Aprelin 23-24-də Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayı keçiriləcək. Trend-in məlumatına görə, İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Mehmetxanoglu cümə axşamı keçirdiyi mətbuat konfransında qurultaya hazırlıqla bağlı məlumat verib.

Qurultay Türkiyədə fəaliyyət göstərən 17-18 Azərbaycan dərnəyinin təşkilatçılığı ilə baş tutacaq. Qurultayın 1-ci günündə Türkiyədə yaşayan azərbaycanlıların əlaqələrinin genişlənməsi, onların problemləri, ikinci günündə isə Türkiyədəki azərbaycalıların təşkilatları ilə Avropada fəaliyyət göstərən təşkilatlar arasındakı əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.

Qurultayın aprelin 24-nə salınmasının təsadüf olmadığını deyən mərkəz rəhbəri qurultay vasitəsilə qondarma "erməni soyqrımı"nı ifşa etmək, əsl həqiqəti dünyaya çatdırmağa çalışacaqlarını bildirib. Qurultayın keçirilməsinə maliyyə dəstəyini onu təşkil edən təşkilatlar göstərir.

Dəvətlilər könüllülük prinsipi ilə öz hesablarına iştirak edə bilərlər. Qurultayda iştirak etmək istəyənlər martın 31-dək qeydiyyatdan keçə bilərlər. Türkiyədə 3 milyona yaxın azərbaycanlı yaşayır.

Mehmetxanoglu Türkiyədə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin fəliyyətindən narazılıq bildirib. Qeyd edib ki, elə təşkilatlar var ki, bir-birlərini tanımırlar.

Xəbər lenti

Xəbər lenti