...

İranın İmdad Komitəsi Novruz bayramında Azərbaycanın aztəminatlı ailələrinə yardım edəcək

Cəmiyyət Materials 10 Mart 2011 15:59 (UTC +04:00)
İranın İmam Xomeyni adına İmdad Komitəsi yaranmasının 32 illiyi və Novruz bayramının gəlişi münasibətilə bir sıra humanitar addımlar atmağı planlaşdırıb.
İranın İmdad Komitəsi Novruz bayramında Azərbaycanın aztəminatlı ailələrinə yardım edəcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Cəfərov/

İranın İmam Xomeyni adına İmdad Komitəsi yaranmasının 32 illiyi və Novruz bayramının gəlişi münasibətilə bir sıra humanitar addımlar atmağı planlaşdırıb. Bu barədə cümə axşamı İİR İmdad Komitəsinin Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Abbasov Trend-ə bildirib.

O deyib ki, İmdad Komitəsi ötən illərdə olduğu kimi, bu il də öz humanist ənənəsinə sadiq qalaraq himayəsində olan qaçqın və məcburi köçkün, şəhid, əlil, yetim, tənha və digər aztəminatlı ailələrə 20000 ədəd bitki yağı, 20000 ədəd makaron, 18000 kq şəkər və 16000 kq düyüdən ibarət ərzaq yardımı edəcək.

O əlavə edib ki, həmçinin yeni ailə həyatı qurmuş 150 gənc ailəyə 150 dəst stol-stul, 150 ədəd soyuducu, 150 ədəd 4 gözlü qaz peçi, 150 ədəd adyal və 150 ədəd ütüdən ibarət məişət əşyaları vermək nəzərdə tutulub.

İmdad Komitəsinin nümayəndəliyi Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir və azərbaycanlı qaçqın və məcburi köçkünlərə, yoxsul ailələrə humanitar yardım göstərir.

Təşkilat fəaliyyət dövrü ərzində Azərbaycanda bir çox humanitar layihələr həyata keçirib.

Xəbər lenti

Xəbər lenti