...

TÜRKPA xaricdə təhsil alan azərbaycanlı tələbələrin beynəlxalq forumunda iştirak edəcək

Cəmiyyət Materials 10 Mart 2011 17:37 (UTC +04:00)
TÜRKPA xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin beynəlxalq forumunda iştirak edəcək.
TÜRKPA xaricdə təhsil alan azərbaycanlı tələbələrin beynəlxalq forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

TÜRKPA xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin beynəlxalq forumunda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı TÜRKPA mətbuat xidmətindən bildiriblər.

11-12 mart 2011-ci il tarixləri arasında Fransanın Strasburq şəhərində keçiriləcək beynəlxalq forumda TÜRKPA-nın baş katibi Ramil Həsənov "Gənclik və ictimai diplomatiya" mövzusu üzrə məruzə ilə çıxış edəcək.

Forumun işində Azərbaycan Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Prezident Administrasiyasının, Dövlət Neft Fondunun, Milli Məclisinin deputatlarının, həmçinin, Azərbaycanın Avropada akkreditə olmuş səfirlərinin, xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forumda "Azərbaycanın yeni inkişaf modeli", "2020-ci ilədək həyata keçiriləcək lahiyələrdə gənc mütəxəssislərin yeri" kimi məsələlərin müzakirəsi gözlənilir.

Eyni zamanda, "Şəbəkələşmə və Azərbaycanı təmsiletmənin yolları", "İnsan kapitalı - Azərbaycanın inkişaf prioriteti", "Gənclik və ictimai diplomatiya"və "Azərbaycançılıq - gələcək naminə birlik" mövzuları üzrə müxtəlif müzakirələrin aparılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti