...

Azərbaycan ərazisində istirahət günü hava yağmurlu keçəcək

Cəmiyyət Materials 12 Mart 2011 12:57 (UTC +04:00)
Azərbaycan ərazisində bazar günü hava yağmurlu keçəcək. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycan ərazisində istirahət günü hava yağmurlu keçəcək

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ərazisində bazar günü hava yağmurlu keçəcək. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti