...

Azərbaycanda xarici QHT nümayəndəliklərinin dövlət qeydiyyatına alınması qaydaları təsdiq edilib

Cəmiyyət Materials 17 Mart 2011 12:12 (UTC +04:00)
Azərbaycan hökuməti "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nı təsdiq edib.
Azərbaycanda xarici QHT nümayəndəliklərinin dövlət qeydiyyatına alınması qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nı təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Nazirlər Kabinetindən bildirilib.

Qaydalara əsasən, danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Azərbaycan Ədliyyə Nazirliyinə yazılı müraciət edir. Müraciətdə təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri göstərilməli, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandırılmalıdır.

Qaydalar, həmçinin təşkilatın siyasi və dini təbliğatla məşğul olmamasını, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmasını, Azərbaycanın Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti