...

Şabran rayon sakini qayınanasını qətlə yetirib

Cəmiyyət Materials 23 Mart 2011 17:44 (UTC +04:00)
Martın 22-də Şabran rayon sakini İmran Mirzəyev qayınanası Firəngiz Həmidovaya məxsus mağazada ailə münaqişəsi zəminində odlu silahdan atəş açaraq onu öldürüb, qaynı Elxan Həmidov və qayınatası Nazim Həmidov isə yaralayıb.
Şabran rayon sakini qayınanasını qətlə yetirib

Azərbaycan, Bakı, 23 mart /Trend/

Martın 22-də Şabran rayon sakini İmran Mirzəyev qayınanası Firəngiz Həmidovaya məxsus mağazada ailə münaqişəsi zəminində odlu silahdan atəş açaraq onu öldürüb, qaynı Elxan Həmidov və qayınatası Nazim Həmidov isə yaralayıb.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Elxan Həmidov xəstəxanaya aparılarkən yolda ölüb, Nazim Həmidovun vəziyyəti isə qənaətbəxşdir.

Şabran rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mirzəyev tutulub, ondan 1 ədəd ov tüfəngi götürülüb.

Xəbər lenti

Xəbər lenti