...

Qax rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 30 Mart 2011 17:51 (UTC +04:00)
Azərbaycan ombudsmanının nümayəndələri Qax rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında nöqsanlar aşkar edib və bununla bağlı akt tərib edib.
Qax rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında nöqsanlar aşkarlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanının nümayəndələri Qax rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında nöqsanlar aşkar edib və bununla bağlı akt tərib edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsman Elmira Süleymanova aşkar edilmiş halların yoxlanılması və aradan qaldırılması məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib.

Ombudsmanın milli preventiv mexanizm (MPM) qrupunun üzvləri, Şəki regional mərkəzinin əməkdaşları insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Qax, Zaqatala və Balakən rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) baş çəkiblər.

Qrupun üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, MST-də saxlanılan şəxslərlə söhbət aparıb, onlara hüquqlarını izah ediblər.

Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Həmin müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti