...

Budapeştdə "Azərbaycan-macar danışıq kitabçası" işıq üzü görüb

Cəmiyyət Materials 31 Mart 2011 20:43 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə macar alimi, Budapeştdəki ELTE Universitetinin müəlliməsi Mariya Keneşinin hazırladığı "Azərbaycan-macar danışıq kitabçası" kitabı çap edilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan səfirliyindən məlumat verilib.
Budapeştdə "Azərbaycan-macar danışıq kitabçası" işıq üzü görüb

Azərbaycan, Bakı, 31 mart /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə macar alimi, Budapeştdəki ELTE Universitetinin müəlliməsi Mariya Keneşinin hazırladığı "Azərbaycan-macar danışıq kitabçası" kitabı çap edilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan səfirliyindən məlumat verilib.

Kitab "Azərbaycan Mədəniyyəti Macarıstanda" seriyasından işıq üzü görüb. Onun müəllifi Mariya Keneşi ixtisas etibarı ilə azərbaycanşünasdır. 1969-cu ildə Bakı Universitetinin filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib. Universitet tələbələri, azərbaycanlı və macar turistlər üçün nəzərdə tutulmuş kitabda 10 populyar mövzu ilə bağlı söhbətlər verilib.

Müəllif eyni zamanda kitaba qısa qrammatik oçerk və kiçik Azərbaycanca-macarca sözlük də əlavə edib.

Xəbər lenti

Xəbər lenti