Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın daxili işlər naziri Şəki və Lənkəranda vətəndaşların qəbulunu keçirəcək.
Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar aprelin 11-də Şəki şəhərində, aprel ayının 25-də isə Lənkəran rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.
Nazir Şəki şəhər Polis İdarəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ rayonlarından, Lənkəran rayon polis şöbəsində isə Lənkəran, Cəlilabad, Masallıdan olan sakinləri qəbul edəcək.
Ramil Usubov bundan əvvəl Şirvan, Quba və Xaçmaz rayonlarında vətəndaşları qəbul edib.