...

Azərbaycan gimnastları Türkiyədə üç, Fransada bir medal qazanıblar

Cəmiyyət Materials 11 Aprel 2011 14:28 (UTC +04:00)
Bir həftə bundan əvvəl Polşada olduğu kimi, bu bazar günü kurort yeri Antalyada gənc Azərbaycan gimnastları yenidən yüksək göstəricilər nümayiş etdiriblər.
Azərbaycan gimnastları Türkiyədə üç, Fransada bir medal qazanıblar

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Bir həftə bundan əvvəl Polşada olduğu kimi, bu bazar günü kurort yeri Antalyada gənc Azərbaycan gimnastları yenidən yüksək göstəricilər nümayiş etdiriblər.

İki idmançımız üç medal qazanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib. 1999-cu il təvəllüdlü gimnastların mübarizəsində Ləman Hacızadə qızıl medal qazanıb. Ölkə üçün daha bir qızıl medalı lentlə hərəkətlərin nəticəsinə görə 13 yaşlı Gülsüm Şəfizadə boynundan asıb. O, dörd hərəkətin cəmində isə yarışın gümüş mükafatçısı olub.

Ölkə yığmasının baş məşqçisi Mariana Vasileva öz yetirmələrinin göstəricilərindən razı qalıb və bildirib ki, onlar üçün növbəti yarış aprelin 21-23-də Minskdə keçiriləcək beynəlxalq turnir olacaq.

Milli komandanın lideri Aliyə Qarayeva Fransanın Tye şəhərində təşkil edilən Qran-pri turnirini medalla tərk edib.

Bazar günü Azərbaycan gimnastı dörd finalın üçündə çıxış edib. Onun daha uğurlu çıxışı topla hərəkətlərdə qeydə alınıb. O, orada 27,6 balla üçüncü yeri tutaraq irəli yalnız iki rusiyalını - Yevgeniya Kanayevanı və Yana Lukoninanı buraxıb. Qarayeva gürzlə hərəkətlərdə beşinci, halqa ilə hərəkətlərdə isə səkkizinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti