...

Azərbaycanda korrupsiya cinayətləri subyektlərinin dairəsi genişləndiriləcək

Cəmiyyət Materials 11 Aprel 2011 13:51 (UTC +04:00)
Azərbaycan Cinayət Məcəlləsində korrupsiya cinayətləri subyektlərinin dairəsi genişləndiriləcək.
Azərbaycanda korrupsiya cinayətləri subyektlərinin dairəsi genişləndiriləcək

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Cinayət Məcəlləsində korrupsiya cinayətləri subyektlərinin dairəsi genişləndiriləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Trend-ə bildirib ki, Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi barədə qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən Milli Məslisə təqdim edilib.

Qanun layihəsində azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycanın cəza sistemindən çıxarılması barədə müddəa var.

Hüseynli bildirib ki, azadlığın məhdudlaşdırılması cəzasının çıxarılması ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar var.

Komitə sədri bildirib ki, bir qrup hüquqşünas hesab edir ki, bu cəzanın tətbiqi effektli nəticə vermir, ya da qanunda nəzərdə tutulduğu kimi tətbiq olunmur.

"Bəzən bu cəzanın tətbiqi zamanı qanunsuz hallara yol verilir və bu cəza formal cəza növünə çevrilir. Digər fikir sahibləri isə hesab edirlər ki, azadlığın məhdudlaşdırılması cəzası liberal cəza sistemində müsbət elementdir", - Hüseynli deyib.

O bildirib ki, bu cəzanın ləğvinin əleyhinə olanların fikrincə, azadlığın məhdudlaşdırılması cəzası cəza sistemindən çıxarılarsa, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzaların sayı azalmış olacaq. Bu isə cəza siyasətinin liberallığına, humanistliyinə ziddir.

Hüseynlinin sözlərinə görə, bu məsələ hüquq ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub.

Komitə sədri qeyd edib ki, Cinayət Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə bir neçə ildi işçi qrupu yaradılıb və mütəmadi olaraq qanunvericiliyə əlavə və dəyişikliklər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti