...

Bakıda MDB ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının iclası keçiriləcək

Cəmiyyət Materials 12 Aprel 2011 15:35 (UTC +04:00)
Aprelin 14-də Bakıda MDB-nin 20 illiyinə həsr olunmuş Birlik ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının iclası öz işinə başlayacaq.
Bakıda MDB ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Aprelin 14-də Bakıda MDB-nin 20 illiyinə həsr olunmuş Birlik ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının iclası öz işinə başlayacaq. Bu barədə Azərbaycanın Gənclər və İdman Nazirliyindən Trend-ə məlumat verilib.

2010-cu il mayın 21-də Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası Birliyin 20 illiyinin keçirilməsi barədə qərar qəbul edib. Məhz bu qərara müxtəlif tədbirlər planı daxil edilib. Bakıda MDB-nin 20 illiyinə həsr olunmuş iclas da həmin tədbirlər planının bir hissəsidir.

MDB-nin Bədən tərbiyəsi və İdman Şurasının iclasında Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova və digər ölkələrin idmana məsul rəsmilərinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti