...

"Qəbələ" futbol klubu Azərbaycan milli komandasının müdafiəçisini transfer edib (FOTO)(VİDEO)

Cəmiyyət Materials 13 Aprel 2011 13:47 (UTC +04:00)
"Qəbələ" futbol klubu Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürovu transfer edib. Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında çərşənbə günü keçirilən təqdimat mərasimində Qəbələ klubunun baş məşqçisi Toni Adams Mahir Şükürovun çox təcrübəli, ağıllı müdafiəçi olduğunu bildirib.
"Qəbələ" futbol klubu Azərbaycan milli komandasının müdafiəçisini transfer edib (FOTO)(VİDEO)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

"Qəbələ" futbol klubu Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürovu transfer edib. Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında çərşənbə günü keçirilən təqdimat mərasimində Qəbələ klubunun baş məşqçisi Toni Adams Mahir Şükürovun çox təcrübəli, ağıllı müdafiəçi olduğunu bildirib.

"Azərbaycan milli komandasının heyətində Şükürovun bir çox oyunlarını izləmişəm və onu "Qəbələ" klubunda sağ müdafiəçi qismində görürəm", - Adams bildirib.

Baş məşqçi klub üçün bu mövsümün adaptasiya xarakteri daşıdığını və komandanın növbəti ildə yüksək yerlər uğrunda mübarizə aparacağını deyib. Onun sözlərinə görə, bunun üçün yüksək peşəkarlığı olan oyunçuların alınması planlaşdırılır.

Təqdimat mərasimində Mahir Şükürov "Qəbələ" klubu ilə 2 illik müqavilə bağladığını bildirib.

"Çalışacam ki inkişafda olan "Qəbələ" klubuna öz köməyimi göstərim", - Şükürov bildirib.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti