...

Azərbaycan alimi ölümündən sonra "Qızıl ürək" ordeni ilə təltif edilib (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2011 14:36 (UTC +04:00)
"Dədə Qorqud" Fondu və "Azərbaycan dünyası" jurnalı Azərbayc"Dədə Qorqud" Fondu və "Azərbaycan dünyası" jurnalı Azərbaycan alimi Fəxrəddin Cavadovu ölümündən sonra "Qızıl ürək" ordeni ilə təltif edib.
Azərbaycan alimi ölümündən sonra "Qızıl ürək" ordeni ilə təltif edilib (FOTO)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir T.Hacıyev/

"Dədə Qorqud" Fondu və "Azərbaycan dünyası" jurnalı Azərbaycan alimi Fəxrəddin Cavadovu ölümündən sonra "Qızıl ürək" ordeni ilə təltif edib. Bu barədə çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında "Azərbaycan dünyası" jurnalının təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov deyib.

"Biz bu ordeni Fəxrəddin Cavadova sağlığında vermək istəyirdik. Təəssüf ki, qismət olmadı. Fəxrəddin Cavadov şərəflə, ləyaqətlə yaşadı. Onun həssas ürəyi gərginliyə, can yanğısına dözə bilmədi. Cəmiyyətin inkişafını istiqamətləndirən belə insanların aramızdan getməsi çox ağırdır. Lakin bu, son deyil. Fəxrəddin Cavadovun xeyirxah əməlləri bizimlədir. Onun yaşam tərzi çoxları üçün örnəkdir", - İsmayılov əlavə edib.

Fond prezidenti onu da bildirib ki, "Azərbaycan dünyası" jurnalının növbəti nömrəsi məşhur həkimin xatirəsinə həsr edilib.

Fəxrəddin Cavadov Azərbaycanda ürək, böyrək, qaraciyər transplantasiyası, süni ürək aparatının tətbiqi kimi sahələrin inkişafında böyük xidmətlər göstərib və bu sahədə milli kadrların hazırlanmasında mühüm rol oynayıb.

Xəbər lenti

Xəbər lenti